Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Dağlıq Qarabağda təmas xəttindəki gərginliyi telefonla müzakirə edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbıər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mixail Canalidze hərbi əməliyyatları dayandırmağın vacibliyini qeyd edib", - deyə məbuat xidməti bildirib.
Gürcüstanlı nazir beynəlxalq ictimaiyyətin yardımı ilə gərginliyin aradan qaldırılacağına ümidvar olduğunu söyləyərək deyib: "Sabitlik bölgə üçün çox lazımdır".