Yuxarı
    Bağlamaq

    Azərbaycan və Ermənistan XİN başçılarına ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi barədə sənəd təqdim edilib

    Həmçinin, ATƏT-in istintaq mexanizminin yaradılması barədə sənəd təqdim olunub

    Bakı. 3 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərin yekunlarına dair bəyanat yayıb.

    "Report" xəbər verir ki, bəyanatda həmsədrlərin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Ksprşikin mayın 31-də Brüsseldə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla, iyun 2-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşünün olduğu qeyd olunur.

    Görüşdə tərəflər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü zamanı qəbul edilən qərarların icrasını müzakirə edib.

    "Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bir daha təsdiq ediblər. Həmsədrlər nazirlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması üzrə sənədlərin layihəsini təqdim edib", - bəyanatda deyilir.

    Qeyd olunub ki, nazirlər hərtərəfli nizamlanma üzrə danışıqların bərpa edilməsi məqsədi ilə iyun ayında danışıqların növbəti raundunu keçirmək barədə prezidentlərin razılığını təsdiq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi