Yuxarı

​Azərbaycan və Ermənistan Silahlı Qüvvələri baş qərargahlarının rəisləri Moskvada görüşüb

Bu haqda Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan və Ermənistan Silahlı Qüvvələri baş qərargahlarının rəisləri Moskvada görüşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Məlumata görə, görüş aprelin 5-də olub və məhz həmin görüşdə tərəflər Dağlıq Qarabağda təmas xəttində atəşin dayandırılması haqda razılıq əldə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi