Yuxarı
    Bağlamaq

    Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşəcəyi məkan məlum olub

    Bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb

    Bakı. 20 iyun.REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşü bu gün Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək. 

    "Report" xəbər verir ki, bu barədə görüş yerinə gələn ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

    Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, əvvəlcə V.Putin ayrı-ayrılıqda İ.Əliyev və S.Sarqsyanla görüşəcək, daha sonra prezidentlər üçtərəfli formatda danışıqlar aparacaq. 

    Y.Uşakov bildirib ki, görüş günün ikinci yarısında nəzərdə tutulub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi