Yuxarı

Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO

Görüntüləri ermənilər sosial şəbəkələrdə yayıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.

Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib. Lakin nazirlik erməni hərbçilərin məhv edilməsilə bağlı yayılan videolarla bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

“Report” ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi