Azərbaycan tərəfi düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasını məhv edib

Azərbaycan tərəfi düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasını məhv edib "​Düşmən mövqeləri darmadağın edilib"
Qarabağ
11 Mart , 2016 10:32
Azərbaycan tərəfi düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasını məhv edib

Bakı. 11 mart. REPORT.AZ/ Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib: "Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq".

Son xəbərlər

Orphus sistemi