Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb

Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb Bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb
Qarabağ
13 Aprel , 2016 09:27
Azərbaycan tərəfi daha bir erməni hərbçinin meyitini aşkarlayıb

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 2-dən 5-dək Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş hər iki tərəfə aid hərbçilərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan axtarış tədbirləri nəticəsində qarşı tərəfə aid bir hərbçinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, bu barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və hazırda bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi