MN: Ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində itki verməsi barədə yaydığı məlumat yalandır

MN: Ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində itki verməsi barədə yaydığı məlumat yalandır Nazirlik: Cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib
Qarabağ
2 Fevral , 2017 09:21
MN: Ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində itki verməsi barədə yaydığı məlumat yalandır

Bakı. 2 fevral. REPORT.AZ/ “Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır”.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Nazirlikdən bildirilib ki, cəbhə xəttində heç bir aktiv döyüş toqquşması baş verməyib.
Məlumata görə, erməni tərəfinin yaydığı xəbərdə adı çəkilən Elnur Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

Son xəbərlər

Orphus sistemi