Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 57 dəfə atəş zərbəsi endirib

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 57 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 57 dəfə pozub
Qarabağ
9 Oktyabr , 2015 09:18
Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 57 dəfə atəş zərbəsi endirib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Seysulan, Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 57 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi