​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 124 dəfə atəş zərbəsi endirib

​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 124 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
Qarabağ
24 Sentyabr , 2015 10:32
​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 124 dəfə atəş zərbəsi endirib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Yusifcanlı, Kəngərli, Şuraabad, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrahmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 124 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi