​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 103 dəfə atəş zərbəsi endirib

​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 103 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri atəşkəs rejimini 96 dəfə pozub
Qarabağ
15 Oktyabr , 2015 09:31
​Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 103 dəfə atəş zərbəsi endirib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Çaylı, Kəngərli, Yarımca, Mərzili, Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 103 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi