Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb - VİDEO Müdafiə Nazirliyi videoya aydınlıq gətirib
Qarabağ
24 İyul , 2015 15:40
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb - VİDEO

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin cəbhə istiqamətinə intensiv hərəkəti qeydə alınıb. "Report"un redaksiyasına oxucular tərəfindən göndərilən videoda Silahlı Qüvvələrin tanklardan və digər zirehli maşınlardan ibarət hərbi texnika karvanının irəliləməsi görünür. Videonun müəllifləri hərbi texnikanın cəbhəyanı rayonlar istiqamətində irəlilədiyini vurğulayıblar.

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, videoda təqdim olunan görüntü Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının adi taktiki yerdəyişməsidir, xüsusi dislokasiyadan söhbət getmir.

Son xəbərlər

Orphus sistemi