Yuxarı
    Bağlamaq

    Azərbaycan şəhid olan, tanınmadan dəfn edilən 127 məzar yerinin GPS koordinatlarını hazırlayıb

    Dövlət Komissiyasının katibi İsmayıl Axundov açıqlama verib

    Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ölkə ərazisində intensiv hərbi əməliyyatlar zamanı şəhid olan, tanınmadan dəfn edilən naməlum məzar yerlərinin müəyyənləşdirilməsini həyata keçirir.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

    Onun sözlərinə görə, ölkə ərazisində 127 məzar yerinin GPS koordinatları hazırlanıb və arxivləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi