Yuxarı

Azərbaycan səfirliyi: "New York Times"dakı məqalə Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini əks etdirmir

Müəllifin Ermənistanın de-fakto dövlət suverenliyini itirməsinə daha dərindən toxunması məqalə üçün məqbul olardı

Bakı. 26 aprel. REPORT.AZ/ Yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin çətin vəziyyəti və Dağlıq Qarabağın Azərbaycan mədəniyyəti üçün mədəni əhəmiyyəti "New York Times"da dərc edilmiş məqalədə öz əksini tapmayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin David Kramerin daha əvvəl işıq üzü görmüş "Etnik münaqişə fonunda oazis çiçəklənir" adlı məqaləsinə elə "New York Times"da verilən şərhdə bildirilib.

"Müəllifin Ermənistanın de-fakto dövlət suverenliyini itirməsinə, eləcə də iqtisadi və demoqrafik tənəzzülünə daha dərindən toxunması məqalə üçün məqbul olardı", - səfirliyin şərhində deyilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi