Azərbaycan Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycan Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb
Qarabağ
26 Fevral , 2015 10:04
Azərbaycan Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

“Report” xəbər verir ki, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin Azərbaycanda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

Son xəbərlər

Orphus sistemi