​Azərbaycan Prezidenti: "Status-kvonu dəyişmək üçün Azərbaycanın işğal altında olan torpaqları azad edilməlidir"

​Azərbaycan Prezidenti: "Status-kvonu dəyişmək üçün Azərbaycanın işğal altında olan torpaqları azad edilməlidir" Prezident İlham Əliyev: "Danışıqlara konstruktiv dinamika veriləcəyinə ümid edirik"
Qarabağ
20 İyun , 2016 17:23
​Azərbaycan Prezidenti: Status-kvonu dəyişmək üçün Azərbaycanın işğal altında olan torpaqları azad edilməlidir

Bakı. 20 iyun. REPORT.AZ/ "Münaqişə uzanıb. Rusiya və ATƏT-in Minsk qrupunun başqa həmsədrləri status-kvonun qəbul edilməz olduğunu bildirir. Biz də onları tamamilə dəstəkləyirik".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.

Prezident İlham Əliyev qeyd edib ki, status-kvonu dəyişmək üçün Azərbaycanın 20 ildən çoxdur işğal altında olan torpaqları azad edilməlidir: "Son iki il ərzində danışıqlar aparılmayıb. Danışıqlara konstruktiv dinamika veriləcəyinə ümid edirik". 

Son xəbərlər

Orphus sistemi