Yuxarı
    Bağlamaq

    Prezident: "Heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik"

    Prezident İlham Əliyev: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

    Bakı. 27 may. REPORT.AZ/  "Heç vaxt Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

    "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. 

    Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. 

    Prezident İlham Əliyev ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatların aparıldığını deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi