Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq" İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır"
Qarabağ
20 Sentyabr , 2017 21:13
Azərbaycan Prezidenti: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
Prezident İlham Əliyev

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında bildirib.

Dövlət başçısı deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

Son xəbərlər

Orphus sistemi