Azərbaycan Prezidenti: "Ermənistan həmsədrlərin bəyanatlarına məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir"

Azərbaycan Prezidenti: "Ermənistan həmsədrlərin bəyanatlarına məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir" "Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
Qarabağ
15 Mart , 2017 09:48
Azərbaycan Prezidenti: Ermənistan həmsədrlərin bəyanatlarına məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir

Bakı. 15 mart. REPORT.AZ/ "Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".

"Report"un xəbərinə görə, bunu martın 14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində Prezident İlham Əliyev deyib. 

Dövlət başçısı qeyd edib ki, Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir: "Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır".

Prezident İlham Əliyev vurğulayıb ki, bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Status-kvo qəbuledilməzdir. Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar vermişdir. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir". 

Son xəbərlər

Orphus sistemi