Azərbaycan prezidenti: "Ermənistan danışıqlar pozularsa onları nələr gözlədiyini yaxşı başa düşür"

Azərbaycan prezidenti: "Ermənistan danışıqlar pozularsa onları nələr gözlədiyini yaxşı başa düşür" "Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub"
Qarabağ
25 İyun , 2016 23:03
Azərbaycan prezidenti: Ermənistan danışıqlar pozularsa onları nələr gözlədiyini yaxşı başa düşür

Bakı. 25 iyun. REPORT.AZ/ "Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir".

“Report” xəbər verir ki, bunu prezident İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olduqdan sonra onlarla görüşündə deyib.

"Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürmüşdür. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub. Vyana görüşü ABŞ-ın təşəbbüsü ilə keçirilib. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri olub. Yəni, Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq, həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır.", - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüşün keçirilməsini müsbət hal adlandırıb:

"Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirib və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır".

Son xəbərlər

Orphus sistemi