Azərbaycan Prezidenti: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq"

Azərbaycan Prezidenti: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq" "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ağlabatan kompromis mümkündür"
Qarabağ
18 Oktyabr , 2016 12:50
Azərbaycan Prezidenti: Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə kompromis mümkündür, region muxtar respublika ola bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.

"Ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların sərbəst yaşayışının, özünü idarə etməsinin təmin edilməsi, Azərbaycan tərəfdən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki ölkə arasında dinc qarşılıqlı münasibətlərin qurulması. Münaqişənin həlini bax belə görürük", - deyə o bildirib.

Eyni zamanda, İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir kompromis ola bilməz: "Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq".

Son xəbərlər

Orphus sistemi