Yuxarı

Azərbaycan Prezidenti: "Biz o torpaqlara qayıdandan sonra tarixi-dini abidələrimizi bərpa edəcəyik"

Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir

Bakı. 22 iyun. REPORT.AZ/ "Erməni vəhşiləri bizim məscidlərimizi də dağıdıb, yerlə-yeksan edib. Lakin biz o torpaqlara qayıdandan sonra tarixi-dini abidələrimizi bərpa edəcəyik". "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edərkən deyib.

Prezident bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir: "Bildiyiniz kimi, uzun illərdir Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal edilən torpaqlarda bütün binalar dağıdılıb, yerlə-yeksan edilib.

Erməni vəhşiləri bizim məscidlərimizi də dağıdıb, yerlə-yeksan edib. Lakin biz o torpaqlara qayıdandan sonra tarixi-dini abidələrimizi bərpa edəcəyik".

İ.Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsasında öz həllini tapmalıdır: "Ermənistan isə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq-ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət bərpa ediləcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi