Bakı. 29 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır".
"Report" xəbər verir ki, bunu yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə deyib.
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib: "Əminliklə deyə bilərəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik".