Azərbaycan ordusunun şəhid olan zabiti dəfn edilib - FOTO - VİDEO

Azərbaycan ordusunun şəhid olan zabiti dəfn edilib - FOTO - VİDEO Qalib Zülfüqarlı Lənkəranın Vilvan kənd qəbiristanlığında torpağa tapşırılıb
Qarabağ
28 Mart , 2016 09:26
Azərbaycan ordusunun şəhid olan zabiti dəfn edilib - FOTO - VİDEO

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn olunub. "Report"un məlumatına görə, Qalib Laim oğlu Zülfüqarlı Lənkəran rayonunun Vilvan kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Xatırladaq ki, martın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən Azərbyacan Silahlı Qüvvələrinin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib. 

Düşmənlə baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi