Yuxarı
    Bağlamaq

    Azərbaycan Ordusunun şəhid olan gizirinin medalı ailəsinə təqdim olunub - FOTO

    Şəhidin doğulduğu Astara rayonunun Əzərüd kəndində medalın təqdimetmə mərasimi keçirilib

    Bakı. 19 may. REPORT.AZ/ Azərbycan Silahlı Qüvvələrinin şəhid olan gizirinin medalı ailəsinə təqdim edilib. "Report"un məlumatına görə, aprel ayında cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun giziri, 35 yaşlı Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

    Bu gün şəhidin doğulduğu Astara rayonunun Əzərüd kəndində medalın təqdimetmə mərasimi keçirilib. Şəhidin medalı ailə üzvlərinə təqdim edilib.

    Qeyd edək ki, 1999-cu ildən hərbi xidmətdə olan şəhid P.Teymurov 2015-ci ildə də Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdu. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi