Azərbaycan ordusunun şəhid olan əsgərinin medalı qardaşına təqdim olunub - FOTO

Azərbaycan ordusunun şəhid olan əsgərinin medalı qardaşına təqdim olunub - FOTO Elşad Abbaszadə ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı ilə təltif olunub
Qarabağ
29 Mart , 2016 17:04
Azərbaycan ordusunun şəhid olan əsgərinin medalı qardaşına təqdim olunub - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan əsgəri Elşad Abbaszadənin “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı onun ailə üzvlərinə təqdim olunub. 

"Report"un məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Müdafiə Nazirliyinin (MN) rəsmiləri, Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin medalı onun qardaşı Rəşad Abbaszadəyə təqdim olunub.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə cəbhə bölgəsində düşmənin həmləsini dəf edərkən həlak olan Abbaszadə Elşad Raquf oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqləndiyinə görə” medalı ilə təltif olunub. 

Son xəbərlər

Orphus sistemi