Yuxarı
    Bağlamaq

    Azərbaycan Ordusunun giziri minaya düşüb

    Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur

    Bakı. 6 yanvar. REPORT.AZ/ Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin giziri Şamo Əhməd oğlu Məmmədov yaralanıb.

    "Report"un Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib.

    Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi