Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb Təlimlərə 25.000 nəfərədək şəxsi heyət cəlb olunub
Qarabağ
12 Mart , 2018 11:06
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Mod.gov.az

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi