Yuxarı
    Bağlamaq

    Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub - FOTO

    Müşfiq Orucov Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb

    Bakı. 5 aprel. REPORT.AZ/ Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri dəfn olunub.

    "Report"un məlumatına görə, aprelin 3-dən 4-nə keçən gecə cəbhədə gedən döyüşlərdə həlak olan Müşfiq Arif oğlu Orucov Bərdə rayon qəbiristanlığında torpağa tapşırılıb.

    Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi