Azərbaycan ordusu ermənilərin mövqe və səngərlərinə 118 atəş zərbəsi endirib

Azərbaycan ordusu ermənilərin mövqe və səngərlərinə 118 atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 97 dəfə pozub
Qarabağ
14 Sentyabr , 2015 09:56
Azərbaycan ordusu ermənilərin mövqe və səngərlərinə 118 atəş zərbəsi endirib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 97 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Göyarx, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Nəmirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 118 atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi