Azərbaycan ordusu ermənilərin mövqelərinə 84 atəş zərbəsi endirib

Azərbaycan ordusu ermənilərin mövqelərinə 84 atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 73 dəfə pozub
Qarabağ
8 Oktyabr , 2015 09:25
Azərbaycan ordusu ermənilərin mövqelərinə 84 atəş zərbəsi endirib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 73 dəfə pozub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Kəngərli, Şıxlar, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 84 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi