Yuxarı

Azərbaycan ordusu ermənilərin mövqelərinə 112 atəş zərbəsi endirib

Erməni silahlı bölmələri minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 104 dəfə pozub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 104 dəfə pozub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Çaylı, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Cəvahirli, Şıxlar, Novruzlu, Kəngərli, Şuraabad, Qaraqaşlı, Nəmirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi