Yuxarı

Azərbaycan ordusu ermənilərin atəş nöqtəsini dağıdıb, düşmən 3 nəfər itki verib - VİDEO

Silahlı Qüvvələri bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır

Bakı. 14 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzunmüddətli atəş nöqtəsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır: "Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilən koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzunmüddətli atəş nöqtəsi sıradan çıxarılıb. Məlumata görə, Ermənistan silahlı bölmələri canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi