Azərbaycan ordusu ermənilərin mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib

Azərbaycan ordusu ermənilərin mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib Erməni silahlı bölmələri minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 70 dəfə pozub
Qarabağ
8 Sentyabr , 2015 09:29
Azərbaycan ordusu ermənilərin mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirlikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi