Yuxarı

​Azərbaycan nümayəndəsi BMT-də Xocalı soyqırımına dair çıxış edib

Ermənistan törətdiyi cinayətə görə məsuliyyətini etiraf etməlidir

Bakı. 15 sentyabr. REPORT.AZ/ BMT Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul olunub.

"Report" xəbər verir ki, bu qətnamə 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiya”nın müddəalarına əsaslanır.

Qətnamənin qəbul olunmasından dərhal sonra Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılov bəyanatla çıxış edib. Bəyanatda qəbul olunmuş sənədin Azərbaycan üçün əhəmiyyətli olduğu və tariximizin ən acı səhifələrindən birini - Xocalı soyqırımını xatırlatdığını qeyd edib.

Daha sonra F.Cəbrayılov Xocalı qətliamı barədə məlumat verib. Azərbaycan nümayəndəsi deyib ki, Ermənistan törətdiyi cinayətə görə məsuliyyətini etiraf etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi