Azərbaycan nümayəndə heyətinin üzvü: "ATƏT məkanında münaqişələrin nizamlanmaması yolverilməzdir"

Azərbaycan nümayəndə heyətinin üzvü: "ATƏT məkanında münaqişələrin nizamlanmaması yolverilməzdir" "Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir"
Qarabağ
2 İyul , 2016 11:53
Azərbaycan nümayəndə heyətinin üzvü: ATƏT məkanında münaqişələrin nizamlanmaması yolverilməzdir

Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT məkanında həll olunmamış münaqişələrin bundan sonra da nizamlanmaması yolverilməzdir".

"Report" xəbər verir ki, bunu ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iyulun 2-də Tbilisidə keçirilmiş iclasında Azərbaycanın ATƏT PA nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bu münaqişələr region üçün təhdiddir: "Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmeyerin dediyi kimi, bu məsələ ilə bağlı təkliflərə baxılması münaqişənin həll olunacağına ümid verir".

Millət vəkili həmçinin münaqişələrin həlli üçün dünya ictimaiyyətini birləşməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi