Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 65 dəfə pozulub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı. 19 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 65 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi