Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 21 dəfə pozulub

Düşmən cavab atəşi ilə susdurulub

Bakı. 8 dekabr.REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi