Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi qoşunların təmas xəttində keçirilən monitorinqlə bağlı açıqlama yayıb

Monitorinq insidentsiz başa çatıb

Bakı. 2 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi