Yuxarı

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib

Düşmənin yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini məhv etmək məqsədilə cavab tədbirləri görəcəyik

Bakı. 9 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması haqda məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə Azərbaycan ordusu cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi