Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yayır

Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yayır Nazirlikdən bildirilib ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər
Qarabağ
30 Dekabr , 2016 15:14
Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yayır

Bakı. 30 dekabr. REPORT.AZ/ Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər: "Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.

Son xəbərlər

Orphus sistemi