​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı videogörüntülərə münasibət bildirib

​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı videogörüntülərə münasibət bildirib “Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır”
Qarabağ
17 Dekabr , 2015 11:00
​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı videogörüntülərə münasibət bildirib

Bakı. 17 dekabr. REPORT.AZ/ “Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil”.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi