​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin iddialarına münasibət bildirib

​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin iddialarına münasibət bildirib “Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”
Qarabağ
26 Mart , 2016 12:58
​Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin iddialarına münasibət bildirib

“Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”

Bakı. 26 mart. REPORT.AZ/ “Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin məbuat xidmətindən bildirilib.

Nazirlikdən erməni mətbuatının iddiaları ilə bağlı qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunikasiya xətlərini hədəfdə saxlayır: “Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır”.

Son xəbərlər

Orphus sistemi