Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir

Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir Nazirlik bir daha xəbərdarlıq edib
Qarabağ
31 Oktyabr , 2016 12:02
Azərbaycan Müdafiə Nazirliyi: Erməni tərəfi minaatanlardan da istifadə etməklə cəbhədə vəziyyəti gərginləşdirir

Bakı. 31 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub", - məlumatda bildirilib.

Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi