Azərbaycan Müdafiə nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 15 dəfə pozulub

Azərbaycan Müdafiə nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 15 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
24 Oktyabr , 2014 10:16
Azərbaycan Müdafiə nazirliyi: Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 15 dəfə pozulub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi