​Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı açıqlama verib

​Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı açıqlama verib "Bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir"
Qarabağ
12 Yanvar , 2015 10:25
​Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı açıqlama verib

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında Azərbaycan tərəfinin itki verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın kütləvi informasiya vasitələrinin guya qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydıqları məlumatların heç bir əsası yoxdur: "Bu, düşmən tərəfinin növbəti yalanı və uydurmasıdır. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və bölmələrimiz qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

Qeyd edək ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, yanvarın 11-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma baş verib. Atışma nəticəsində bir azərbaycanlı hərbçi və bir erməni çoban həlak olub.

Son xəbərlər

Orphus sistemi