​Azərbaycan Müdafiə Nazirliyi: Atəşkəs rejimi 49 dəfə pozulub

​Azərbaycan Müdafiə Nazirliyi: Atəşkəs rejimi 49 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
31 Dekabr , 2014 09:52
​Azərbaycan Müdafiə Nazirliyi: Atəşkəs rejimi 49 dəfə pozulub

Bakı. 31 dekabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi