Yuxarı

​Azərbaycan MN: Ermənistanın hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçilər arasında atışma baş verib

Ermənistan baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir

Bakı. 1 sentyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhədə itki verməsi haqda məlumatları təkzib edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar: "Bu dəfə də Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir".

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi