Azərbaycan MN: Ermənistan silahlı bölmələri atəşkəs rejiminə əməl etmir

Azərbaycan MN: Ermənistan silahlı bölmələri atəşkəs rejiminə əməl etmir Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub
Qarabağ
27 İyun , 2015 09:59
Azərbaycan MN: Ermənistan silahlı bölmələri atəşkəs rejiminə əməl etmir

Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistan silahlı bölmələri atəşkəs rejiminə əməl etmir. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Nazirlikdən bildirilib ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub. Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Qızıloba, Çaylı, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Şıxlar, Mərzili, Təzəkənd, Yusifcanlı, Qiyaməddinli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Alxanlı kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi