Yuxarı
    Bağlamaq

    Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib

    İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib

    Bakı. 28 aprel. REPORT.AZ/ Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
    Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
    İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi